Türkiyənin rəsmi qurumları İsrailin İrana hücumundan sonra hadisə ilə bağlı vəziyyəti nəzərdən keçirib, Ankara hadisələri yaxından izləyir.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada keçirilən təhlükəsizlik iclasının nəticələrinə dair çıxışında bildirib:
“Ölkəmiz regionumuzda yaşanan təhlükəsizlik risklərinə qarşı ən yüksək səviyyədə lazımi tədbirləri görüb. Diplomatiya müharibənin yeganə alternatividir”.
H. Fidan onu da əlavə edib ki, ABŞ prezidenti Donald Trampın nüvə danışıqları ilə bağlı başlatdığı prosesin irəliləməsi münaqişənin həllinin yeganə yoludur.