Tehran İsrail ərazisindəki hədəflərə hücumların davam etdirilməsi ilə bağlı qərar qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.
Nəşrdə qeyd edir ki, İsrailin hücumuna cavab olaraq həyata keçirilən “Doğru vəd” əməliyyatı hələ başa çatmayıb. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələrinin endirilə biləcəyi də istisna edilmir.
“Növbəti mərhələdə ABŞ-ın Yaxın Şərqdəki bazalarına zərbələr endirilə bilər” - deyə agentlik İrandakı hərbi mənbəyə istinadla qeyd edir.
Bundan əlavə, İsraildəki hədəflərə ümumilikdə iki minə qədər raket buraxıla biləcəyi bildirilir.
Eyni zamanda, sosial şəbəkələrdə İranda mobil raket qurğularının yerləşdirildiyi yeraltı şəhərləri əks etdirən videolar yayılmaqdadır.
Lalə,
BakuPost