Ru
10:05 / 18 Noyabr 2024

Füzulidə qadın qətlə yetirildi - Keçmiş əri saxlanıldı

Füzulidə qadın qətlə yetirildi - Keçmiş əri saxlanıldı
Eye

Füzuli rayonunda qadın qətlə yetirilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib. Rayonun Böyük Bəhmənli kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Bağırov xəstəxananın həyətinə daxil olaraq balta ilə keçmiş arvadı 1983-cü il təvəllüdlü Dilbər Namazovaya zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibbi yardıma baxmayaraq, vəfat edib.

Bildirilir ki, D.Namazova xəstəxanada laborant vəzifəsində çalışırmış. Cütlük 2016-cı ildə rəsmi boşanıb və D.Namazova övladları ilə birgə anasının evində yaşayırmış.

Ali təhsilli olan E.Bağırov isə daha əvvəl ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rayon şöbəsində çalışıb. O, Vətən müharibəsində iştirak edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar