Son illərdə Azərbaycanda pensiyaların hər il indeksləşdirilməsi ənənəvi hal alıb. Bu proses sosial təminat sisteminin sabitliyini qorumaq və inflyasiyanın pensiyaçılara təsirini minimuma endirmək məqsədi daşıyır. Bu baxımdan gələn il pensiyaların neçə faiz indeksləşdiriləcəyi və ümumilikdə nə qədər artımın olacağı maraq doğurur.
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təqaüdlərin indeksləşdirilməsi qərarı Nazirlər Kabineti və ya Prezidentin fərmanı ilə qəbul olunur.
Ekspertin sözlərinə görə, son illər indeksləşdirmə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə aparılır:
“Bu səbəbdən də dəqiq faiz demək çətindir. Amma çox güman ki, əgər indeksləşdirmə qərarı verilərsə, artım təxminən 8-10 faiz civarında ola bilər”, – deyə Natiq Cəfərli qeyd edib.
Yəni təxmini hesablasaq, 300 manat pensiya alan şəxsin təqaüdü 10 faiz indeksləşmə ilə 30 manat artacaq. 8 faizlə isə bu artım 24 manat təşkil edəcək.
Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi prosesi hər il iqtisadi göstəricilərin dəyişməsinə əsasən həyata keçirilir.
Ne cox artim edirler .xerclemeye yer tapmayacayiq.
Cənab Prezidentimizin hər bir qərarına razıyıq,Həmişə doğru qərar verib, Necə ki Bir qərarı ilə Dövlətin hər bir vətəndaşı cəm Əsgər olaraq işğalda olan torpaqları Azad elədi Dəmir yumruq əməliyyatı ilə torpaqları azad etdi.8.5%-ilə 9.5% aralığı olsa daha yaxşı olardı.QARABAĞ AZƏRBAYCANDIR.
8. 10% nədi vallah xəbır ətərləri yoxdu özüm yoldaşım 1 ci qrup əlilik 9 ildirki kirayədə qalırıq idmana götə yarışlara görə kirayə 250 aznlik 350 400 500 dən çoxdu ən baxımsız ev heçnəsiz 350 azndı bizə vetilir 250 azn təqaüd bunun kamunalı müalicəsi dərmanları və kirayədə yaşamaqçın evin problemləri peç xalça və sairə nəinki ərzaq geyri ərzaq indiki vaxçın sağlam ailənin yaşamı ən azı 1500 amma əlill ailəsinin yaşamaqı ən azı 2000 azn gəlib çıxır xaiş edirəm bir vətandaşkimi bir əlil ailəsiolaraq öz fikrinizlə hesablamayın baxım tərzdən hesablayın mən demirəm lüks yaşayaq heç olmasa dolanaq indiki halımız sürünməkdi