Ru
16:20 / 12 Fevral 2024

Həcc ziyarətinin qiyməti açıqlandı - Hansı sənədlər tələb olunur?

Həcc ziyarətinin qiyməti açıqlandı - Hansı sənədlər tələb olunur?
Eye

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib.

Bu barədə Bakupost.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, sənədlərin qəbulu fevralın 12-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Ziyarət üçün tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5×4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

Xatırladaq ki, Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar