Ru
12:54 / 30 Oktyabr 2026

Hicaba görə məktəb binası yandırılmağa cəhd edildi, həbs olunanlar var - FOTO

Hicaba görə məktəb binası yandırılmağa cəhd edildi, həbs olunanlar var - FOTO
Eye

Salyanda hicaba görə məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.

"Bakupost" xəbər verir ki, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar