Ru
10:05 / 21 İyun 2024

İlk dəfədir belə halla qarşılaşırıq - Adı rüşvətdə hallanan doğum evinin baş həkimi danışdı - VİDEO

İlk dəfədir belə halla qarşılaşırıq - Adı rüşvətdə hallanan doğum evinin baş həkimi danışdı -  VİDEO
Eye

Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində rüşvət qalmaqalı ilə bağlı xəstəxananın baş həkimi Kəmalə Heydərova açıqlama verib.

Bakupost.az bildirir ki, həkim “Xəzər Xəbər”ə açıqlamasında hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqlədi.

Videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şövə müdiri olduğunu dedi.

Baş həkim deyir ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır.

TƏBİB-dən isə bildirildi ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.






Şərhlər
  • Roma

    Həmin doğum evində "qəti olaraq pul tələb olunmur", ona görə də bu hadisə baş həkimə çox təəccüblü gəlib. Ancağ mən bu fikirdəyəm ki, hər hansı bir doğum evində pul tələb olunmaması, istənilməməsi təəccüb doğurardı, nəinki istənilməsi...

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar