Ru
12:45 / 29 Mart 2023

Bu hadisənin arxasında Rusiya da ola bilər - Vahid Əhmədov

4624
"Fazil Mustafa cəmiyyətdə kifayət qədər tanınmış şəxsdir. Ona qarşı törədilmiş bu hadisə də terror aktıdır. Fazil Mustafa çıxışlarında dini məsələlər, xurafatla bağlı ciddi mövqeyini bildirib. Ona görə bu hadisə ilə İranın daha çox əlaqəli olduğunu düşünürəm".


Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.


Onun sözlərinə görə, son vaxtlar baş verən bir sıra hadisələr, İranla Azərbaycan arasında münasibətlərin gərgin olması da bu ehtimalı gücləndirir:


"İran bu cür terror aktları törətməkdə mahirdir. Amma bu hadisənin arxasında digər ölkələr, eləcə də Rusiya da ola bilər. Azərbaycanda Rusiya meyilli qüvvələr kifayət qədər çoxdur”.


Millət vəkili, hadisənin məqsədli şəkildə dünən üçün planlaşdırdığını bildirib:


“Dünən Azərbaycanın İsraildəki səfirliyinin açılış günü, DTX-nın peşə bayramı idi. Terror hadisəsi törədənlər belə günləri seçirlər. Cəmiyyətə mesaj verirlər ki, biz istədiyimizi edə bilərik. Hesab edirəm ki, hüquq-mühafizə orqanları ciddi işləməlidir. Həmin şəbəkəni araşdırıb üzə çıxarmalıdırlar. Əhali də bir qədər diqqətli olmalıdır. Şübhəli şəxslər və əşyalar gördükdə məlumat verməlidirlər”.


Aynur İbrahim
BakuPost

Şərhlər
  • t.ədalət

    Vahid müəllim haqlıdır.Etiraf etmək lazımdır ki,Azərbaycan rus kəşfiyyatının ağuşundadır.Həm də Azərbaycanda hələ də rus poxuna aşiq xeyli satqınlar var.Onların əksəriyyəti Ayaz Mütəllibov dövründə Polyaniçko tərəfindən yetişdirilən casuslardır.Polyaniçko,əsasən Əfqanıstanda xidmət edən,tərcüməçi işləyənləri ətrafına toplamışdı.İndi QHT-lərdə olanların bəzisi həmin agenturanın kadrlarıdır.QHT vasitəsi ilə maliyyələşirlər.Hökumət də onların kimliyini bilir,susur.Biz,Moskvanın və iranın casuslarını vəzifələrə yerləşdirməklə xaosdan qurtula bilməyəcəyik.İnanın ki,Qarabağda olduğu kimi,terrorlarda da avtomat silahlardan açılan atəşlərin tətiyindəki barmaq rusunkudur.İranla Azarbaycan arasında müharibəni tətikləyən Rusiyadır.Bu yolla Rusiya Azərbaycanı Qarabağdakı kimi müharibədə əzmək istəyir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər