Ru
16:26 / 25 İyun 2025

İran "Quran" ayələrini niyə dəyişir?

İran "Quran" ayələrini niyə dəyişir?
Eye



Mübariz Əhmədoğlu

Ərəblərə, yəhudilərə və şiə Azərbaycana qarşı xristian ermənilərə dəstək verən ilk və yeganə dövlət özünü müsəlman adlandıran İrandır. İsrailin Azərbaycanla münasibətləri İran mətbuatında, dövlət siyasətində öndə olan mövzudur. Hazırda dövriyyədə olan tezis isə guya Azərbaycandan göndərilən yanacaqla təmin olunan İsrail qırıcılarının Təbrizi bombalamasıdır. Bu, İranın başladığı Qəzza müharibəsi dövründə ortalığa qoyulan mövzunun davamıdır.
Bir neçə faktor göstərə bilərik:

1. Azərbaycan İsraillə İrandaxili və Vahid Azərbaycan mövzularını müzakirə etməyib. Bu, sübut olundu.

2. İran 1960-70-ci illərdə ərəb torpaqlarını işğal edən İsrailə hərtərəfli (ideoloji, maliyyə, yanacaq, kəşfiyyat və s.) dəstək verib. Ona görə müsəlman dövlətinin yad dinliyə yardım etməsinin tarixi o zamandan götürülməlidir və bu gün İran siyasətçiləri Azərbaycanın ünvanına neqativ fikirlər bildirəndə o işi başlayanlara, həmin prosesdə iştirak edənlərə lənət oxumalıdırlar.

3. 30 il Azərbaycan torpağı işğal altında qaldı, İran xristian işğalçıya yardım etdi. Şiə müsəlman torpağını işğal edən xristiana 2 milyard dollar pul köçürdü.

4. İran müsəlman dünyasında yeganə dövlətdir ki, xristian dövləti ilə şiə müsəlman dövlətinə qarşı birgə hərbi təlim keçirib.

5. İsrail folklor bilicilərinin fikrincə, yəhudilərin iranlılara məhəbbəti hədsiz böyükdür. Çünki bəşər tarixində heç kəs iranlılar qədər onların qulluğunda durmayıb. İndi qabağında böyük məqsədi olan İsrail hesab edir ki, İran mütləq onun buyruq qulu olmalıdır.

6. Bəzi təfsirçilərin fikrincə, İranda "Quran" ayələrini dəyişmək həmişə aktual olub. Onun iki qaynar dövrü olub:

a) İsrailin ərəblərlə müharibəsi zamanı İran çalışdı ki, "Quran"da yəhudilərin əleyhinə olan bəzi ayələri dəyişdirsin. O zaman alınmadı.
b) İndi də İran "Quran"da xristianların əleyhinə olan ayələri dəyişmək istəyir.

Ona görə İranın ekspertləri, siyasətçiləri, jurnalistləri öz tarixlərini də öyrənsələr, çox yaxşı olar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar