ABŞ və Rusiya bir çox məsələrdə anlaşıblar, yəni ikitərəfli məsələlərdə anlaşmalar var. Ukrayna məsələsində anlaşma məsuliyyətini Tramp öz üzərinə götürmür, götürmək istəmir – Ukrayna və AB qarşısında iki seçənək qoyur: 1) Torpaq güzəşti və atəşkəsin detalları ilə bağlı Zelenski-Ukrayna qərar versin, AB isə bu prosesdə zamin olsun, 2) Müharibəni davam etdirmək istəyirsinizsə, ABŞ birbaşa bu müharibədə iştirakdan çəkilir, AB Ukrayna üçün silah almaq istəsə, əlini cibinə salsın, gəlsin alsın, sonra Ukraynaya versin.
Bakupost.az xəbər verir ki. bu sözləri ekspert Natiq Cəfərli bildirib.
“AB ölkələrinin istəyi budur ki, Ukrayna öz fədakarlığı ilə daha 2-3 il müqavimək göstərsin, Avropa zaman qazansın, bu zaman kəsimində öz hərbi-sənaye kompleksini işə salıb, Rusiya ilə ehtimal edilən toqquşmaya hazır olsun.
Ukrayna haqqında Ukraynasız və ya Ukrayna ilə birgə - fərq etməz, nə danışırlar-danışsınlar, təəssüf ki, Kiyev üçün yaxşı çıxış yolu görünmür. Pislə, çox pis arasında gedib-gələn Ukrayna görürük, insanın ürəyi ağrayır, qəhrəman Ukrayna əsgəri, xalqı üçün insan yanıb tökülür. Halbuki, İstanbul anlaşması olsaydı, 2022-də Ərdoğanın əziyyəti nəticə versəydi, bu Ukrayna üçün bizim 1994-də imzaladığımız “Bişkek protokoluna” bənzər şərait yaradacaqdı. Bu sənəd Ukraynaya yaxın 10-15 ildə, postputin dönəmində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün “əl yeri” qoyacaqdı. Təəssüf ki, olmadı.
İndi Zelenski ABŞ-a gedir, çox sərt, daha ağır şərtlərlə üzbəüz qalacaq, qəbul etsə də, imtina etsə də onun üçün dəyişən bir şey olmayacaq – siyasi karyerası bitir. Amma ilk gündən Qərbin anlamadığı bir məsələni Zelenski də anlamadı – halbuki Rusiyanın “genlərini” daha yaxşı bilməli idi. Qərb düşünürdü ki, Rusiya 40-50 min əsgər itirən kimi xalq ayağa qalxıb, Kremlin qarşısına toplanıb, Putinin istefasını, ya da müharibənin dayanmasını tələb edəcək. Qərb anlamaq istəmirdi ki, Rusiya əhalisinin 70% elə balaca “putinlərdir”, Rusiya üçün tarixin heç bir kəsimində insan həyatı əhəmiyyətli olmayıb – bu, Rusiyanın həm gücü, həm də faciəsidir. Bunu Qərb anlamaya bilərdi, amma Zelenski və komadası Qərbi ayıltmalı, silkələməli, bu gözləntilərin utopiya olduğunu, eləcə də belə içiboş sanksiyaların çalışmayacağını söyləməli idi”, - o vurğulayıb.
Asena,
BakuPost
Məllif və Ekspertin ehtimalları əsaslıdır. Kapitalist hər sentindən (damla+damla=Göl olar!) gəlir-qazanc xarakterlidir! Sosialist xarakteri hələ də qalmaqdadır-*bağ mənim, Bostan bizim!* və gedir, itirilitsə, elə Bostandan gedəcək!? Siyasilər *blokaddakı Hərbi genosid işğalçısı Ermənistanın heç bir itgisisiz təslimini misal çəkirlər? *Canavar girmişdi fermaya, gec də olsa çıxartdılar! Bəs, 33 ildə itirilənlər necə, nəyin hesabına neçə ilə bərpa olunacaq? Rusiya-Ukrayna deyil, Kreml-Kiyev müharibəsində hər iki ölkə-dövlət itirir. ABŞ, Cənab D.Tramp elə ilkən özünə gərək Nadir metal yataqlarına müqaviləsini imzalatmaqla daha bir sual yaratdı-*Gələcək ortaqlığı kiminlə olacaq: Əski sirdaşı Putinlə, yoxsa, yarım da olsa məğlubiyyətlə barışmaz Kiyevlə-Zelenski ilə?