Ru
16:05 / 16 İyun 2025

İran və İsrailin son 3 gündə itkiləri - SİYAHI

İran və İsrailin son 3 gündə itkiləri - SİYAHI
Eye

3 gündür davam edən İsrail-İran müharibəsi ilə bağlı bəzi statistik məlumatlar açıqlanıb.

Bakupost.az "İsrailin səsi" Teleqram kanalına istinadən xəbər verir ki, son 3 gündə İrandan İsrailə doğru təxminən 380 ballistik raket atılıb. Digər göstəricilər belədir:

• İrandan İsrailə doğru təxminən 100 pilotsuz təyyarə (PUA) buraxılıb.
• Ballistik raket zərbələri nəticəsində İsraildə 24 mülki şəxs həlak olub, 600-ə yaxın insan yaralanıb.
• İsraildə raket zərbələri nəticəsində binalara ciddi ziyan dəyib.

İsrail:

• İranın 360 ballistik raket buraxılış qurğusundan təxminən 120-si məhv edilib.
• İranın 15-ə yaxın aparıcı nüvə alimi öldürülüb.
• İranın onlarla yüksək rütbəli təhlükəsizlik məmuru məhv edilib (siyahıya
məhv edilən onlarla aşağı rütbəli komandir və zabit daxil deyil):

1.Məhəmməd Hüseyn Baqeri - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi.
2.Hüseyn Salami - SEPAH-ın baş komandanı.
3. Qulam Əli Rəşid - SEPAH Fövqəladə Hallar Qərargahının rəisi.
4.Əmir Əli Hacızadə - SEPAH Hərbi Hava Qüvvələrinin komandanı.
5.Davud Şeyxian- Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı.
6.Məhəmməd Baqiri - Yer-Yer Raket Qüvvələrinin komandanı.
7.Məhəmməd Kazemi - SEPAH Kəşfiyyatının rəhbəri.
8.Möhsün Baqeri - Kəşfiyyat rəisinin müavini.
9.QulamRza Merhab - Hərbi Kəşfiyyat İdarəsinin rəisi.
10.Taher-Fur - Pilotsuz Sistemlər Bölməsinin rəhbəri.
11.Hatəm-əl-Ənbiya qüvvələrinin komandanı.
12.Tehran polisinin rəisi.

• İranın hava hücumundan müdafiə sistemləri məhv edilib və ya təsirsiz hala salınıb. İsrail İranın hava məkanında tam üstünlüyə nail olub.
• Natanzdakı nüvə obyekti dağıdılıb.
• İsfahandakı nüvə obyekti dağıdılıb.
• Ərakdakı ağır su zavodu vurulub.
• Yerin 90 metr altında yerləşən Fordoda nüvə kompleksinin yaxınlığındakı obyektlərə kiçik ziyan dəyib.
• Tehranda bir neçə hökumət binasına hücum edilib.
• İran döyüş təyyarələrinin olduğu anqarlar məhv edilir.
• Ən azı bir yanacaqdolduran təyyarə məhv edilib.
• Bir neçə iqtisadi hədəfə hücum edilib.
• Tehranda yanacaq anbarları və neft emalı zavodu vurulub.
• Buşehr qaz yatağındakı "Fəcr Cam" neft emalı zavodu dağıdılıb.
• Bu gün Kirmanşahda neft emalı zavodlarında tətil barədə xəbərlər daxil olub.
• "Mossad" agentləri İranda sərbəst fəaliyyət göstərir, ölkə daxilindən məqsədyönlü sui-qəsdlər və kompleks hücumlar həyata keçirirlər.
• Tehran sakinləri evlərini, İran vətəndaşları ölkəni tərk edir.
• İran Səhiyyə Nazirliyinin məlumatına görə, dünən axşam saatlarında 224 iranlı həlak olub, 1277 nəfər yaralanıb.
• İsrail ABŞ-ın tam hərbi dəstəyindən və Qərbdə beynəlxalq legitimlikdən istifadə edir.

Üç gün davam edən döyüşlərdə İsrail İrana məxsus atıcı qurğuların üçdə birini məhv edib. İsrail hava üstünlüyünə nail olub və heç bir müdaxilə olmadan hədəfləri vurur. İranın hərbi imkanları sürətlə pisləşir.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar