Ru
11:45 / 06 Sentyabr 2024

"İran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək" - Asim Mollazadə

"İran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək" - Asim Mollazadə
Eye

“Zəngəzur dəhlizi məsələsində İran Ermənistanla eyni mövqedədir. Çünki Tehranın burada öz maraqları var. Əsas istək odur ki, bölgədə mövcud olan bütün kommunikasiya xətləri İrandan keçsin. Bununla da o, özünün mümkün nəzarət mexanizmlərini saxlamağa nail olmaq istəyir. Gələcək beynəlxalq ticarət sisteminin ən fəal üzvü olmaq üçün İran bütün imkanlarını səfərbər edir. Onun başqa bir dövlətin ərazisində yollara nəzarət etmək istəyi beynəlxalq sistemin pozulması deməkdir”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

O bildirib ki, bu prosesdə Tehranın öz niyyətlərini reallaşdırmaq üçün gücü yoxdur:

"Bu məsələdə əsas şərt Azərbaycanın istəyidir. Azərbaycanın niyyətinin reallaşmasına heç kəs maneə yarada bilməz. Zəngəzur dəhlizinin açılması mütləqdir və bu, reallaşmalıdır. Bunun qarşısını almağa heç kəsin gücü çatmayacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar