Ru
16:41 / 17 İyun 2025

İranda qadınlar hicaba görə HƏDƏLƏNİR

İranda qadınlar hicaba görə HƏDƏLƏNİR
Eye

İranda müharibə vəziyyətinə və İsrailin təkrar hücumlarına baxmayaraq, İslam Respublikası qadınlara onları hicab taxmağa məcbur etməklə hədələyən SMS-lər göndərməyə davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bir sıra vətəndaşlar 16 və 17 iyun tarixlərində İsrailin İrana hücumlarının dördüncü və beşinci günlərində hicab xəbərdarlığının yer aldığı polis mesajlarının görüntülərini dərc edib.

Jurnalist Sadra Mohaqeq bu görüntüləri X sosial şəbəkəsində yerləşdirərək yazıb: "Onlar evsiz qalan və müharibə təhlükəsindən qaçan insanlara hicabla bağlı təhdid dolu mesajlar göndərməyə davam edirlər".

Baş nazirin qadın və ailə məsələləri üzrə 14-cü müavini Zəhra Behruz Azər bu xəbərə cavab olaraq X sosial şəbəkəsində yazıb: "Əgər mesaj göndərilibsə, bu, sistem xətasıdır və tezliklə düzələcək. Narahat olmayın, bununla bağlı heç bir həbs və ya cərimə tətbiq edilməyəcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar