Cümə günü İsrailin İrana misli görünməmiş hücumundan sonra Baş naziri Benyamin Netanyahu birbaşa iranlılara ingiliscə müraciət edib. İranlılara “şər və zülmkar rejimə” qarşı qalxmağın vaxtının yetişdiyini bildirib. İsrailin keçirdiyi hərbi əməliyyatların əsas amacının "azadlığınıza varmağınız üçün yolları təmizləmək" olduğunu açıqlayıb.
İranla İsrail arasında hərbi qarşıdurma gücləndikcə və hədəflərin dairəsi genişləndikcə çoxları sual edir ki, İsrailin əsl istəyi nədir?
BBC öz məqaləsində belə yazır.
Netanyahunun ilk zərbə endirilən gecə dediyi kimi, "İslam rejiminin nüvə və ballistik raket təhdidi"nə son qoymaqla İsrail kifayətlənəcəkmi?
Məqalədən belə anlaşılır ki, İsrail İranın nüvə proqramından imtinaya məcbur etmək və İran vətəndaşlarını ayağa qaldırmaqla mövcud molla rejimini dəyişmək məqsədi güdür...
Bu isə o deməkdir ki, yaxın gələcəkdə İranda molla rejimi dəyişəcək.
Elbəyi Həsənli, Sürix