Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:35 / 31 Oktyabr 2024

İspaniyada vəziyyət pisləşir - 95 nəfər öldü

1085
İspaniyanın şərq və cənub bölgələrində yağan güclü yağışlar nəticəsində azı 95 nəfər həyatını itirib, itkin düşənlərin axtarışları davam etdirilir.

Bakupost.az xəbər verir ki, ölkənin şərqində, güclü yağış və fırtınalardan ən çox zərər çəkən bölgələrdən biri olan Valensiyada 92 nəfərin cəsədi tapılıb.

Valensiyadan sonra daşqından ən çox zərər görən ikinci bölgə olan Kastiliya-La Mançada ölənlərin sayının 3 olduğu açıqlanıb.

Təbii fəlakətdə ölənlərin sayının 95-ə yüksəlməsi ilə yanaşı, səlahiyyətlilər, xüsusilə Valensiya bölgəsində onlarla insanın itkin düşdüyü məlumatını da paylaşıb.





Valensiya şəhərində hava limanını su basması səbəbindən bugünkü reyslər ləğv edilib və ya təyyarələr ən yaxın hava limanlarına istiqamətləndirilib.

İspaniya hökumətinin Muxtar Hökumətlər və Regional Siyasətlər naziri və Böhran Masası idarəsini idarə edən Anxel Viktor Torres təbii fəlakətlə əlaqədar 3 günlük milli matəm elan edildiyini açıqlayıb.

Torres keçirdiyi mətbuat konfransında güclü yağış və fırtınaların hələ də davam etdiyi bölgələrdə yaşayan vətəndaşları evlərində qalmağa və əksəriyyəti bağlı və su basmış yollardan istifadə etməməyə çağırıb.





Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar