Ru
17:22 / 07 Dekabr 2022

İsrail Nablisa basqın etdi - 5 fələstinli yaralandı

İsrail Nablisa basqın etdi - 5 fələstinli yaralandı
Eye

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilinə basqın edib.

Bakupost.az xəbər verir ki, Nablusun Qədim şəhər bölgəsini mühasirəyə alan İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı 5 fələstinli yaralanıb, 9 nəfər isə saxlanılıb.

Təxminən saat yarımdan sonra İsrail qüvvələri ərazidən geri çəkilib.
Fələstin Qızıl Aypara Cəmiyyətində hadisə ilə bağlı verilən yazılı açıqlamada qeyd olunub ki, Nablusda baş verən hadisələrdə yaralanan 5 fələstinlidən biri xəstəxanaya aparılıb, digər 4 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.


Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar