Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:26 / 30 Oktyabr 2024

İsrail niyə İranla müharibəyə getmədi?

1152
“İsrail İrana təxminən 4 həftə sonra cavab verdi. Bazar günü 100 qırıcı təyyarə və drondan ibarət eskadronun dəstəyi ilə hücum oldu və zərbələr endirildi. İsrail zərbələrinin məhdud xarakterli olması onu göstərir ki, Vaşinqtonun tələbləri nəzərə alınaraq İsrail İranla qarşıdurma yaratmaq istəmir. Bu zərbələr, necə deyərlər, imic xatirinə edilib. Tehran da ehtiyatlı davranırdı. İran tərəfinin açıqlamalarından məlum olur ki, dərhal cavab verməyəcək. Belə görünür ki, hazırda heç bir tərəf böyük müharibəyə girmək istəmir”.




Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, Netanyahunun məhdud hücumdan məmnun qalması təkcə böyük müharibənin səbəb ola biləcəyi fəlakətlə bağlı deyil. İsrail hökumətinin və onun baş nazirinin əsas məqsədi İranla müharibəyə başlamaqdır:

“Ancaq Baydenin davranışı və təzyiqi onu göstərdi ki, İsrail indi İranla böyük qarşıdurma ilə üzləşəcəyi təqdirdə təcrid vəziyyətinə düşə bilər. Üstəlik, Livan probleminə görə Fransa və İsrail arasında münasibətlər ən yaxşı dövrlərdən uzaqdır. Fransa keçmiş müstəmləkəsini və təsir sferasını (Livanı) İran və İsrailin xeyrinə qurban vermək istəmir. Bu səbəbdən son həftələrdə Parisdə Netanyahuya təzyiqlər artıb. Bu vəziyyətdə İranla qarşıdurmaya keçid İsrail üçün ölümcül ola bilər. Buna görə də Netanyahu ən azı ABŞ-da seçkilərin başa çatmasına qədər dözməyə məcburdur”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar