İsrail Müdafiə Qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds Qanadının Tehranda yerləşən komanda mərkəzlərini vurub.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Mərkəzlərdən "İran rejiminin Yaxın Şərqdəki nümayəndələri vasitəsilə İsrailə qarşı terror hücumlarını planlaşdırmaq üçün" istifadə olunduğu bildirilir.
Paylaşılan illüstrasiyalarda ümumilikdə 10 məntəqəyə zərbələr endirildiyi qeyd olunur.