Suriyalı və israilli rəsmilərin bu gün Bakıda görüşəcəkləri gözlənilir.
Bakupost.az xəbər verir ki, bu barədə "Al-Arabiya" Dəməşqdə adının açıqlanmasını istəməyən diplomatik mənbəyə istinadla xəbər verib.
"Əhməd əş-Şaraanın Bakıya səfəri çərçivəsində suriyalı və israilli rəsmilər arasında görüş nəzərdə tutulur", - deyə mənbə bildirib.
Qeyd edilib ki, Prezident Əhməd əş-Şəraa görüşdə şəxsən iştirak etməyəcək.
***
17:36
İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək.