Gorusda “Mülki müqavilə” partiyasının siyasi toplantısı başa çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın korteji “Gorus” hotelindən yenicə çıxıb, onun partiya üzvləri də mikroavtobuslarla yola düşüblər.
Xatırladaq ki, dünən “Mülki müqavilə” partiyasının 200-ə yaxın üzvü siyasi toplantıda iştirak etmək üçün Gorusda toplaşıb. Şəhərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilmişdi.
Bildirilir ki, siyasi müzakirələrdə Ermənistan parlamentinin spikeri Alen Simonyan və İrəvan meri Tiqran Avinyan iştirak etməyib.