Ru
10:56 / 22 May 2025

Jurnalist Dövlət Agentliyində vəzifəyə təyin olundu

Jurnalist Dövlət Agentliyində vəzifəyə təyin olundu
Eye

Jurnalist Natiq Pənahlı Dövlət Məşğulluq Agentliyində vəzifəyə təyin olunub.

Bakupost.az xəbər verir ki, o, Agentliyin Kommunikasiya departamentində müdir müavini olaraq fəaliyyət göstərəcək.

“Dövlətin məşğulluq siyasətinin icrasının uğurlu kommunikasiyasının aparılması istiqamətində görülən işlərə dəstək verəcəyəm”, - deyə o, yeni vəzifəsi barədə bildirib.

Natiq Pənahlı daha əvvəllər “Zaman-Azərbaycan” qəzetində müxbir, Xəzər TV -də Xəbərlər Departamentinin baş redaktoru, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi, COP29 Azerbaijan-da kontent koordinatoru vəzifələrində çalışıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar