Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya xalq artisti, müğənni Filipp Kirkorovu axtarışa verib.
Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, müğənni məlumat bazasına oktyabrın 30-da əlavə edilib.
Bildirilib ki, oktyabrın 28-də UTX Krım, separatçı “dxr” və “lxr”də çıxışları ilə bağlı ona qiyabi ittiham irəli sürüb.
Bundan əlavə, Ukrayna hüquq-mühafizə orqanları xatırladırlar ki, müğənni 2021-ci il martın 18-də Moskvanın Lujniki stadionunda Krımın Rusiyaya birləşməsini dəstəklədiyi mitinq-konsertdə iştirak edib.