Hazırda Gülüstan, Qəzvin, Hormozqan, Sistan və Bəluçistan (Zahedan), Xuzistan (Əhvaz), Tehran, Kermanşah və Həmədan əyalətlərində qripin ən yüksək yayılma səviyyəsi müşahidə olunur.
Bakupost.az xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bu haqda açıqlama verib.
Qeyd olunur ki, builki qrip dalğası ötən ilin eyni dövrü ilə müqayisədə daha şiddətlidir:
"İlin əvvəlindən bəri ölkədə qriplə əlaqəli təxminən 110-115 ölüm hadisəsi qeydə alınıb ki, bunların əksəriyyəti yaşlılar və xroniki xəstəlikləri olanlardır".