Ru
14:30 / 01 Aprel 2023

Kişilər qadınları necə aldadır? - Sorğu

Kişilər qadınları necə aldadır? - Sorğu
Eye

Kişilərin 30 faizi pornoqrafiyaya baxdıqdan sonra cinsi seçimləri ilə bağlı çaşqınlıq yaşayırlar.

Bakupost.az xarici KİV-nə istinadən məlumat verir ki, yeni sosial sorğunun nəticələri psixoloqları bu qənaətə gəlməyə vadar edib.

Sorğunun nəticələrinə görə, pornoqrafiyaya baxmaq insanların psixi sağlamlığı və emosional həyatına təsir edir. Bu, 16-44 yaş arası 604 kişi iştirakçının 54%-də müşahidə edilib. İştirakçıların yarıdan çoxu pornoya baxmağın bədənlərindən utanmağa, 42 faizi özünü günahkar saymağa və nifrətə səbəb olduğunu bildirib.

Sorğu zamanı aydın olub ki, kişilərin 70 faizindən çoxu sosial media və tanışlıq proqramlarında özləri haqqında yalan danışıblar. Sorğuda iştirak edənlərin 36%-i özlərini başqa şəxsin fotosu ilə təqdim edib, çoxları isə yaşları ilə bağlı yalan danışıblar. Onlar həmçinin karyeraları və boyları haqqında da yanlış məlumat veriblər.

İştirakçıların təxminən yarısı həyatlarında cinsi əlaqə olmadan xoşbəxt olacaqlarını bildiriblər.

Əfsanə
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar