Ru
19:21 / 01 Aprel 2024

Küçəyə atılan professora bir gündə 30 mindən çox vəsait yığıldı - VİDEO

7412

Professor Fazil Qaraoğlunun hesabına 30 mindən çox vəsait yığılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial şəbəkədə bildirib.


O, paylaşımında professora dəstək olan hər kəsə təşəkkür edib:


"Professor Fazil Qaraoğlu ilə bağlı paylaşım etdik. Kirayə qaldığı evdən çıxarılmış, bütün kitabxanası, arxivi açıq havaya, çölə atılmışdı. Alimin belə acınacaqlı halı sadə insanları çox sarsıtdı, yatdım etməyə başladılar. 1, 2, 5, 10, 15, 20, 30, 50, 100, 200, 500 manat, yarım saat ərzində 3 mindən çox vəsait toplanmışdı. Bağını, evində boş mənzili təklif edənlər oldu. Aylıq, illik kirayə pulunu ödəyən çoxlu təkliflər gəldi.

Səhər tezdən Sosial Xidmət Agentliyinin nümayəndəsi professorla görüşdü.

Hələ gecə Heydər Əliyev Fondunun, səhər tezdən Nərgiz Fondunun nümayəndəsi zəng etdi. Mənzil tapmaq və professoru yerləşdirməklə bağlı səfərbər oldular. Nəhayət ev tapıldı. Fondlar yeni mənzilin kirayə haqqını 1 il 4 aylı ödəməyi öz üzərinə götürüb. O, bu gecə isti və rahat mənzildə qalacaq.

Səhərə qədər durmadan hesaba pul gəlirdi. Bu gün hesabı yoxlayanda artıq 30 mindən çox vəsait yığılmışdı. Millətimlə qürur duyuram. Hamınızı bağrıma basıram. Biz birlikdə güclüyük!" .


Şərhlər
  • Mustafaoğlu

    Allah millətimi qirusun ! Amin !!!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər