Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit arasında yeni mübahisə baş verib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci xanım təyyarədən enərkən yenə də ərini alçaldıb.
Belə ki, bu dəfə o, prezidentlə əl-ələ tutmaqdan imtina edərək, təkbaşına pilləkənlərdən aşağı düşüb.
Makron sonradan bu hadisəni ört-basdır etməyə çalışıb və videonu həmin qalmaqallı hissəni çıxararaq paylaşıb. Lakin həqiqət ortaya çıxdıqdan sonra o, baş verənləri zarafatla izah etməyə çalışıb. Guya həyat yoldaşı belə hallarda sadəcə, hirsini soyudur.
Qeyd edək ki, bir müddət əvvəl cütlük arasında başqa bir mübahisə də yaşanmışdı. Belə ki, bu ilin may ayının sonunda Vyetnama səfər zamanı prezident təyyarəsinin qapısı açılarkən, jurnalistlər Fransanın birinci xanımının həyat yoldaşına şillə vurduğu anı qeydə almışdılar.
Lalə,
BakuPost