Fransa prezidenti Emmanuel Makronun nüvə silahından istifadəni müzakirə etmək zərurəti ilə bağlı açıqlamaları böyük faciəyə aparan yoldur.
Bakupost.az "Qazeta"ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav bildirib.
Onun sözlərinə görə, Fransa prezidenti ümumavropa lideri roluna iddia etməklə Fransa və bütün Avropa İttifaqı üçün böyük problemlər yaradır.
Onun fikrincə, fransızlar və Avropa ölkələrinin vətəndaşlarının buna ehtiyacı yoxdur, lakin Fransa prezidenti bunu nəticələrini düşünmədən "sağ qalmaq" üçün edir.
Volodinin fikrincə, Avropa İttifaqı ciddi təlatüm dövrünü yaşayır və yaxın gələcək Avropanın “Napoleonların və təlxəklərin deyil, insanların maraqlarını rəhbər tutaraq düzgün qərar qəbul etməyə” qadir olub-olmadığını göstərəcək.
Martın 5-də Makron Almaniya kanslerliyinə namizəd Fridrixt Mertsin çağırışından sonra müttəfiqləri ilə Avropa ölkələrinin Fransanın nüvə təhlükəsinin qarşısının alınması qüvvələrinin himayəsi altına qəbul edilməsinin mümkünlüyü ilə bağlı müzakirələrə başlayacağını bildirib. O əlavə edib ki, Fransanın nüvə silahı 1964-cü ildən Avropada sülh və təhlükəsizliyi qoruyub saxlayır.
Bundan əvvəl Tramp nüvə silahının ləğvi ilə bağlı Rusiya və Çinlə dialoqa hazır olduğunu bildirmişdi.
Zaur,BakuPost