Ru
21:31 / 24 May 2024

Məşhur tibbi ekspert BAKIDA

1408
Bir çox sağalmaz xəstəliklərin müalicəsində ciddi uğurlara imza atan məşhur təbib Azərbaycana gəlib.

Bakupost. az xəbər verir ki, İnteqrativ Təbabətdə “Elmi Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı, “Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi”, “Afgen Genetik Diaqnoz Mərkəzi”, “Planeta Apteklər Şəbəkəsi”nin sponsorluğu ilə “Xroniki xəstəliklərin Müalicəsində Biotənzimləyici Sistemli Təbabət” mövzusunda 21 may, 2024-cü ildə konfrans təşkil edilib.

600-dən çox elm xadimi, həkim-mütəxəssis və səhiyyə işçisinin iştirak etdiyi konfransda Kolumbiyanın Javeraniya Universitetinin İnteqrativ Təbabət kafedrasının müdiri, professor Arturo Obrayen məruzəçi kimi çıxıb edib.

Nəzərinizə çatdıraq ki, İnteqrativ Tibb metodu ilə əsasən müalicəyə tabe olmayan və çətin sağalan xroniki və autoimmun xəstəliklərin müalicəsində yüksək nəticələr əldə edilir. Ölkəmizdə 4 filialı ilə (Bakı, Sumqayıt, Göyçay və Masallı) fəaliyyət göstərən Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzində məhz İnteqrativ Tibb metodu ilə Parkinson, Dağınıq Skleroz, Psoriaz, Trofik Xora, Xoralı Kolit, Kron və digər xroniki və autoimmun xəstəliklər müalicə edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər