Ru
11:31 / 13 Sentyabr 2024

Metronun iş rejimi dəyişdi - Diqqət!

Metronun iş rejimi dəyişdi - Diqqət!
Eye

"Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. "Bakı Metropoliteni" QSC yarış təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

Bakupost.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq. Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar