“Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana səfərinin məqsədi əsasən, ikitərəfli iqtisadi əlaqələrin, ticari münasibətlərin inkişafı ilı bağlıdır”.
Bunu
Bakupost.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana səfərini şərh edərkən deyib.
Rusiya və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən politoloq, iki dövlət arasındakı münasibətlərdə xeyli sual doğuran məsələlərin olduğunu da qeyd edib:
“Bilirsiniz ki, ikitərəfli əlaqələr yüksək səviyyədədir. Səfərdən bir neçə saat əvvəl də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdı. Əlbəttə, bizim Rusiya ilə münasibətlərimizdə sual işarələri var. Rusiyanın Qarabağla bağlı siyasətindən narazıyıq. Bunu dövlət başçısı da vurğulayıb. Misal üçün, Putinlə görüşdə də də bildirdi ki, Qarabağ müzakirə olunmayacaq. Dünən Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, Moskvadan göndərilən Ruben Vardanyanla heç vaxt danışıqlar olmayacaq. Bunlar hamısı Moskvanın siyasətindən narazılığa vurulan eyhamlardır. Amma hər halda Rusiya böyük dövlətdir, qonşumuzdur, onunla təması davam etdirməliyik”.
E.Şahinoğlu Mişustinin səfərfi çərçivəsində ortaq layihələrin müzakirəsinin gözlənildiyini vurğulayıb:
"Bu gün İlham Əliyev Mişustinlə görüşdə bir faktı da vurğuladı ki, Rusiyadan Azərbaycana gələn turistlərin, təyyarə reyslərinin sayı artıb. Bunun başqa səbəbləri də var. Bir səbəb də Ukrayna-Rusiya müharibəsi ilə bağlı ola bilər. Rusların bir hissəsi ölkəni tərk edir. Amma hansı səbəbdən olursa-olsun, turistlərin artması Azərbaycanın gəlir imkanlarının artması, iaşə xidmətlərinin tam gücü ilə işləməsi deməkdir. Görüşdə bu məsələlər də müzakirə olunacaq. Siyasi məsələlər Mişutsinin səlahiyyətlərinə aid deyil. Amma Mişutsin Prezident İlham Əliyevlə yanaşı baş nazirlə də görüşüb. Ortaq ticari layihələrin müzakirəsi gözlənilir".
Günel,
BakuPost