Bu gün orta məktəb direktorlarının əksər hissəsi kiminsə yaxını, qohumu, tanışıdır. Müvafiq qurum tərəfindən direktorların işə qəbulu ilə bağlı imtahan təşkil olunsa da, böyük əksəriyyət müvafiq müsabiqədə elan olunan yeri tuta bilmir. Direktor olmağa iddialılar bu zaman digər “variantlara” əl atırlar. Yaxını, qohumu, "dayısı"nın köməkliyi ilə direktor seçilirlər.
Bu fikirləri
Bakupost.az -a açıqlamasında
təhsil eksperti Elçin Əfəndi bildirib.
Onun sözlərinə görə, tapşırıq və digər qanunsuz yollarla direktor təyin olunanlar məktəbə ayaq basar-basmaz pul yığmağa başlayır. Çünki bilir ki, qohumuna görə onun gördüyü “işlər” görməzdən gəlinəcək.
Ekspertin dediyinə görə, bu gün Elm və Təhsil Nazirliyi mövcud vəziyyətin qarşısını ala bilmir. Çünki nazirlik azad fəaliyyət göstərmir:
“Əgər Elm və Təhsil Nazirliyi kənar şəxslərin müdaxiləsi olmadan fəaliyyət göstərə bilsə, əminəm ki, belə neqativ halların qarşısı alınacaq. Əgər nazirlik bütün məktəblərə direktoru özü təyin edə bilsə, bu zaman vəziyyəti tamamilə nəzarət altında saxlaya bilər. Nazirliyin nəzarətində olan məktəb direktoru da öz vəzifəsini lazımı şəkildı icra edər, müəllim və şagirdlərdən rüşvət toplamaz”.
Sevinc
BakuPost