Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:53 / 11 İyul 2024

Nəsiminin icra başçısı deputat ola bilər

3758
Milli Məclisin vitse-spikeri Adil Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu. Bu, müəyyən qədər gözlənilməz hadisə olsa da, bir ilk deyildi, əvvəllər də qanunverici hakimiyyətdən icra hakimiyyətinə xeyli sayda transferlər olmuşdu.


Bakupost.az xəbər verir ki, hakimiyyət daxilindəki mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, yaxın günlərdə əks prosesin – icra hakimiyyətindən qanunverici hakimiyyətə transferlərin olması ehtimalı da böyükdür.


Məsələn, Bakının Nəsimi rayonunun başçısı Asif Əsgərovun parlament seçkilərində deputatlığa namizəd olacağı gözlənilir. Məlumata görə, icra başçısı 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən seçkilərə qatılacaq. Ötən seçkilərdə həmin dairədən YAP-ın Nəsimi rayon təşkilatının keçmiş sədri Məlahət İbrahimqızı millət vəkili seçilib. Ardıcıl bir neçə dəfə millət vəkili olduğuna görə hakim partiyanın namizədlər siyahısında bu dəfə onun adının olmayacağı dəqiqləşib.


Etibarlı qaynaqlar bildirirlər ki, Milli Məclisin yeni tərkibində hazırda müxtəlif dövlət qurumlarında nazir müavini postunu tutan iki yüksək rütbəli dövlət məmurunu da görmək mümkün olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar