Ru
11:36 / 07 Dekabr 2023

Ölən İsrail əsgərlərinin sayı 86-ya çatdı

Ölən İsrail əsgərlərinin sayı 86-ya çatdı
Eye

İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda 2 əsgərinin həlak olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri ölən əsgərləri barədə məlumat yayıb.

Açıqlamaya görə, dünən Qəzza zolağının mərkəzində baş verən qarşıdurmalarda paraşütçülər briqadasının 22 yaşlı çavuşu Amit Bonzel həlak olub.

Dekabrın 5-də Qəzzanın cənubunda baş verən qarşıdurmalarda yaralanan komando briqadasından 22 yaşlı çavuş Alemnew Emanuel Feleke də dünən həyatını itirib.

Bonzelin öldüyü qarşıdurmada paraşütçülər briqadasının kəşfiyyat bölməsinin 3 ehtiyat əsgəri də ağır yaralanıb.

İsrail ordusunun qurudan başlatdığı hücumdan sonra Qəzza zolağında baş verən qarşıdurmalarda həlak olan İsrail əsgərlərinin sayı 86-ya yüksəlib.


Aygün
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar