Bəzi söz-söhbətlərin əksinə olaraq, qonşularla sionist rejim arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib.
Bakupost.az Axar.az-a istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Qeyd edək ki, bundan əvvəl İranın bəzi media qurumları və ekspertləri İsrailin Hərbi Hava Qüvvələrinin İrana zərbələr endirmək üçün bölgə ölkələrinin, o cümlədən Azərbaycan Respublikasından hava məkanından istifadə etdiyi barədə iddialar səsləndiriblər.