Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılıb.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.