Bakı şəhəri, Nəsimi rayonu, "Port Baku" ərazisində aparılan tikinti işləri zamanı hərbi sursat aşkar edilib.
Baskupost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Belə ki, ANAMA, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək, əraziyə baxış keçirib.
Baxış zamanı təxminən 1930-40-cı illərdə istehsal olunan bir ədəd 76 mm-lik F-354 modeli olan yüksək partladıcı qəlpəli top mərmisi aşkar edilib.
Aşkar edilən top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq, partlayış yolu ilə məhv edilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkar edilməyib.