Ru
15:57 / 23 Yanvar 2023

Bu qurumda işçilərə artıq maaş yazılırmış - Prokurorluqdan yoxlama

Bu qurumda işçilərə artıq maaş yazılırmış - Prokurorluqdan yoxlama
Eye

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə Bakupost.az -a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən institutda bəzi işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı, mükafat və ezamiyyə xərclərinin ödənilməsi yolu ilə büdcə vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar