Ru
16:18 / 16 Dekabr 2024

Putin NATO ilə müharibədən DANIŞDI

Putin NATO ilə müharibədən DANIŞDI
Eye

Prezident Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edərək, silahlı qüvvələrin qarşısında duran əsas vəzifələri açıqlayıb və NATO-nun fəaliyyətinə cavab verməyə hazır olmağın vacibliyini bəyan edib.

Bakupost.az xarici mediaya istinadın xəbər verir ki, dövlət başçısı strateji nüvə qüvvələrinin gücləndirilməsinin və yüksək dəqiqlikli uzaqmənzilli silah sistemlərinin seriyalı istehsalının artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri Ukraynada döyüş bölgəsində strateji təşəbbüsü saxlayır və 2024-cü ildə 189 yaşayış məntəqəsini azad edib.

Putin həmçinin qeyd edib ki, hər gün 1000-dən çox insan könüllü olaraq orduda xidmət etmək üçün müqavilə imzalayır və bu, vətəndaşların ölkənin müdafiə qabiliyyətini dəstəkləməyə yüksək səviyyədə hazır olduğunu təsdiqləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar