Ru
17:12 / 18 Noyabr 2022

Putin Zatulini Ermənistana aparır?

Putin Zatulini Ermənistana aparır?
Eye

Sosial şəbəkələrdə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistanda “persona non-qrata” elan edilməsi, bu səbəbdənölkəyə girişinə qadağa qoyulmasına baxmayaraq, noyabrın 22-də onun Rusiya Prezidenti Vladimir Putinlə İrəvana gələcəyi ilə bağlı məlumatlar yayılıb.

Bakupost.az xəbər verir ki, Ermənistanın “Hrparak” nəşri məsələ ilə bağlı hökumətin qara siyashısında olan Zatulinlə telefon bağlantısı yaradıb.

Zatulin yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Mən Ermənistana gəlmirəm, heç kim məni nümayəndə heyətinə daxil etməyib. Kimlərsə belə məlumatlar yayır. Bilmirəm, bəlkə kimsə məndən daha çox məlumatlıdır bu haqda. Amma mən Ermənistana səfərdə iştirak etmək təklifi almamışam”.

Günel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar