977619 Aprel 2025 / 21:51
Misli Premyer Liqasında 31-ci turunun daha iki oyunukeçiriləcək.
Bakuposr.az xəbər verir ki, əvvəlcə “Sabah” “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.
Beləliklə, Masazır təmsilçisi 39 xalla 5-ci, "Səbail" isə 20 xalla sonuncu - 10-cu yerdədir.
Digər qarşılaşmada isə Azərbaycan derbisi baş tutub. “Qarabağ” “Neftçi”ni sınağa çəkib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da əgər sabah “Zirə” “Sumqayıt”la matçda xal itirsə, "Qarabağ" növbəti çempionluğunu rəsmiləşdirəcək.
"Qarabağ" turnir cədvəlində 76 xalla liderdir. "Neftçi" isə 35 xalla 6-cıdır.
Misli Premyer Liqası, 31-ci tur
19 aprel
20:00. “Qarabağ” - “Neftçi” - 3:0
Qollar: Abdullah Zubir, 22, Yassin Benzia, 40 - pen., Nəriman Axundzadə, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu
17:30. “Sabah” - “Səbail” - 3:2
Qollar: İnnosent Nşuti, 21 (0:1), Sofian Çakla, 31 (1:1), Süleyman Alluş, 74 (1:2), Dmitro Litvin, 82 - avtoqol (2:2), Coy-Lens Mikels, 90+3 (3:2)
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
"Bank Respublika Arena"
20 aprel
16:30. “Şamaxı” - “Kəpəz”
19:00. “Zirə” - “Sumqayıt”
18 aprel
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1