Ru
19:05 / 10 May 2024

Qəzzada vəhşi arılar israilli hərbçilərə hücum edib, 10 nəfər yaralanıb

1082
Qəzza zolağının cənubunda İsrail ordusunun əsgərləri vəhşi arıların hücumuna məruz qalıb.

Bakupost.az APA - ya istinadla xəbər verir ki, 10 əsgər müalicə üçün xəstəxanaya gətirilib.

Onlardan bir neçəsi müalicə olunmaq üçün standart palatalara köçürülüb, bir əsgər reanimasiyaya yerləşdirilib.

Əsgərlərin yerləşdirildiyi Təcili Tibbi Yardım Mərkəzinin direktoru deyib ki, əsgərlərin bəzilərini yüzlərlə arı sancıb.

"Onların bəziləri çox sayda sancmalara məruz qaldıqları üçün allergik reaksiya yaranıb. Reanimasiya, anesteziya, toksikoloji müalicə, oftalmoloqlar və hər kəs onların müalicəsində iştirak edir. Daha pisləşən hallar barədə məlumatlar var, ona görə də biz onların müalicəsini yaxından izləməliyik. Vəziyyətlərinin stabilləşdiyini görmək üçün onlar müşahidə altında qalacaqlar", - həkim bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər