Ru
18:40 / 22 Dekabr 2023

Qırğız bayrağının dizaynı dəyişdi - Qanun imzalandı

Qırğız bayrağının dizaynı dəyişdi - Qanun imzalandı
Eye

Qırğızıstan Prezidenti Sadır Japarov dövlət bayrağının dizaynının dəyişdirilməsi haqqında qanun imzalayıb.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qırğızıstan Respublikasının qanununa dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb", - Prezidentin mətbuat xidmətinin məlumatında deyilib.

Qeyd olunur ki, dövlət bayrağının təsviri olan bütün növ rəsmi sənədlər onların qüvvədə olma müddəti bitənədək, nəqliyyat vasitələrinin dövlət nömrə nişanları və bayraq təsviri olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri isə onların dəyişdirilməsi barədə qərar müvafiq orqan tərəfindən təsdiq edilənədək qüvvədə olacaq.

Qırğızıstanın keçmiş bayrağında 40 dalğavari sarı günəş şüaları vardı. Bayrağın yeni versiyasında bu şüalar düzdür. Qırğızıstanın dövlət bayrağının əvvəlki variantı 1992-ci ilin martında respublika parlamentinin deputatları tərəfindən qəbul edilib və o vaxtdan bəri onun dizaynı dəyişməyib.

Bu ilin payızında dövlət bayrağının dizaynının dəyişdirilməsi təşəbbüsü ilə parlamentin sədri Nurlanbek Şakiyev çıxış edib. Dekabrın ortalarında Japarov bildirib ki, spikerə bayrağın dəyişdirilməsini təklif edən məhz odur. Dekabrın 20-də Qırğızıstan parlamentinin deputatları respublika bayrağının dizaynının qismən dəyişdirilməsi təklifini dəstəkləyiblər. İkinci və üçüncü oxunuşda dövlət bayrağının dizaynının dəyişdirilməsinə 59 deputat səs verib.

Zaur, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar