Yazıçı Şərif Ağayar Əməkdar artist Tahir İmanovun dünən paylaşdığı videomüraciətə cavab olaraq bir sıra tənqidi fikirlər səsləndirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Yazıçı paylaşımında bunları qeyd edib:
“Tahir bəy, Allah qardaşına rəhmət eləsin. Məsələ budur ki, dərd çəkməkdən çox yaltaqlandığını hiss edirik. Yumor çox ciddi silahdır. O, gücə quyruq bulayanda təlxəkliyə çevrilir. Lütfən özünə və qardaşının ruhuna hörmət elə. Tənqidi fikirlərə gəlincə, sadə bir şeydir... Molla hamımız üçün soruşacaq: halallıq verirsiz? Şəxsən mən Cabir İmanova halallıq verirəm, istedadlı adam idi, tanrı səhvlərini bağışlasın... Haqqını halal eləməyənlər də var və əsaslandırırlar... Arqumentlərə cavab verin lütfən... Nə dırnaqarası jurnalistlər? Video var, fakt var, Şuşa ilə "risovka"lıq eləmək xilas yolu deyil axı. A kişi, qardaşın ölüb e sənin, bu vəziyyətdə necə yaltaqlanırsan? Hansı şüurdur bu? Utanmırsan? Olmaz, qarabağlı qardaş. Ölüm faktında yaltaqlığa yer yoxdur. Az qala deyirsən ki, uğurlu daxili siyasət nəticəsində qardaşım öldü... Özünü çox alçaltma lütfən. Hacıbala Abutalıbov şarjına çevrilmə. Kədəri adam balası kimi yaşa. Düşün ki, qardaşıma niyə halallıq verməyənlər var? Harda və necə səhv etdi? Həyasızlıq eləmə. Ayıbdır, əzizim. Utan azca. Çox pis görünür e kənardan... Vallah...”
Qeyd edək ki, dünən Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov, qardaşı Əməkdar artist Cabir İmanovun vəfatından sonra ilk dəfə sosial şəbəkədə videomüraciət yayımlayıb. O, dəstək göstərən hər kəsə təşəkkür edib və bəzi jurnalistlər, xaricdə yaşayan blogerlərin səsləndirdiyi fikirlərə yaxın zamanda cavab verəcəyini bildirib.
Lalə, Bakupost
Düz deyir,Şərif Ağayar.
Maraqlidir, nə əcəb bu rəylər yoxlamadan keçib? Təhqir yoxdursa hamiya imkan yaradilmalidir. Bəli hər bir şəxs yaşayarkən elə yaşamalidir ki, öləndən sonra orada rahat yata bilsin.
Doğru dedi Şərif Ağayar
Haqqı deməkdən çəkinməyən,mə'murdan yox-Allah'dan qorxan bütün insanları salamlayıram! Mən müstəntiq deyiləm və kimsə haqqında rə'y yazıb,mübahisəni qızışdırmaq,tərəf olub hədəfə çevrilmək fikrində deyiləm.Tək bir təklifimi yazacağam: Tahir İmanov qardaşı üçün halallıq aaq istəyirsə,Tural Sadıqlının tövsiyyəsinə əməl edib,Cabirin əməllərindən zərərçəkmişlərin şəxsən bir-bir ayağına gedərək,onun günahlarını e'tiraf edərək,şəxslərdən halallıq istəməlidir! Mən buna əlavəmi edirəm: Əyər o,Cabirin günahsız olduğuna inanırsa,həmin şəxsləri KİV vasitəsi ilə debata də'vət etsin və müdafiə tərəfi olsun! Tahir ya bu üsulla söhbətə son qoymalıdır,ya da bütün deyilənlərə səbr edib susmalıdır!
Tahirin Cabirin ele saldigi harin memurlari kimin "duxusu "catir ele salsin,sonra Tahire irad bildirsin!!!Təşəkkür etmək nəvaxtdan yaltaqlıq sayılır?!Şərəfsizlər,erməni qanı daşıyan əclaflar,ölüyə hörmət qoyun heçolmasa.
Salam Aleykum hamıya. Mənim sözüm bu şair deyilən adama və onun qoyun sürüsü sizin kimilər içəridən bu ölkəni sataraq bu xalqımız bu günə qalıb. ALLAH yolunda olan adamı terörist etdiniz, İnanın Cabir İmanov heç kimim deyil sadəcə adama çox pis təsir edir ki, xalqımız yıxılanı niyə tapdalayır? Bu vaxta kimi siz bu qardaşları necə tanıdınız hələ də yaddaşlarda saxlayın. Onlar az əziyyət çəkməyib bizim üzümüzdə gülüş yaratmaq üçün. Yaltaqlıq deyirdiz ay şair ????????????sənə indi əl uzatsalar inan ayaglara düşüb öpər sən. Tanımıram səni sadəcə sən yazdığından bunu anladım. Utanın biraz ????.bizə düşmən lazım deyil ki, özümüz bizə yetər . ALLAH CABİR İMANOV səni rəhmət eləsin məkanı cənnət olsun Gözəl insan olub bu qədər xalqın sevgisini qazanıb. ALLAH da əziyyət vermədən canını alıb ????Ruhu şad olsun ????.
Allahın Peyğəmbəri deyib ki, nəinki adi adam, hətta 70 Peyğəmbər öldürən də, əgər səmimi tövbə edərsənsə, Allah səni bağışlayar.Bağışlayan və cəza verən Allahdırsa, siz kimsiniz ki, bu işə qarışasınız.Hamı kimi rəhmətliyin də günahları olmamış deyil( bilinən və bilinməyən).Amma bu insan tövbə edib, Allah qarşısında ən azı 5 dəfə namazda səcdəyə gedib, siz kimsiniz ki, onu mühakimə edəsiniz? O ki, qaldı Tahir İmanovun sözlərinə, günlərdir davam edən layiqsiz söhbətlərə cavab verməsəydi, deyəcəksiz ki, niyə cavab vermir, cavab verəndə də deyirsiz ki, yaşlı adamsan, niyə danışırsan? Bu da bizim yazıçı? Artıq yazılarının səviyyəsi də bu statusundan məlumdur.Allah hamımızın günahlarını bağışlasın,Amin
Öncəliklə əgər söz bir yazıçının qələmindən çixirsa fikrimcə yazının üslubu çox önəm daşıyır.Siz ne derecede bu qardaşlara qarşı kim ve nifrət dolusunuz ki, nalayiq sözlərlə yazınızı təqdim etmisiniz.Oz yazdığınızı özünüz oxudunuzmu? Ay Şərif Ağayar sizin heç mi səhviniz olmayıb həyatda? Tahir İmanov ürəyini anladır, ən böyük dərdinin içində , ən çox sevindikleri Şuşa həsrətinin bitişini anladır ve bu xoşbəxtliyi onlara daddiran, sadece onlara deyil cümlə Azərbaycan xalqına daddiran çox böyük bir şaxsiyyətin, dövlətimizin Prezidentinə öz təşəkkürünü bildirir.Siz de, biz de Prezidentimizə, Şəhid balalarımıza, qazilerimizə minnət və ehtiram borcluyuq.Belke bele deyil? Düşünürəm ki, bunu inkar edənin milliyətindən şibhə vardır.İnsanlarimiz, ziyalılarımız haqqında belə asan iftira atmaqdan əl çəkin.Haqqinda danışdığınız insanlar öz milletimizin oğullarıdır və ne olur olsun onları sizin kimilərə rəğmən sevirik.Yazimda səhvlər üçün üzr istəyirəm, mən rusca təhsil almışam.Xahis edirəm mənim də yazımı yayınlayın
Əhsən Şərif Ağayar çox doğru qeyd etdi. Allahın verdiyi ömrü elə yaşamaq lazımdır ki dünyadan köçəndə lənət yox rəhmət desinlər. İnsan dünyaya bir dəfə gəlir və bu ömrü kiməsə yaltaqlanaraq və yaxudda kimlərəsə güvənərək insanların canını acıtaraq yaşamaq Allah qarşısında bəyənilən əməllər deyil. Yuxarıda şərh yazmış S. Vəliyeva soyadlı qadınadı sözüm. Siz əvvəl özünüzə hörmət qoyun sonra gəlib fikir bildirin. Fikir bildirərkən sizə haqq verilmir kimisə təhqir edəsiz. Bu dünyada kim cılızdı kim hörmətli dünyasını dəyişəndə hər şey ortaya çıxır. Siz burda kiməsə cılız deyə bilməzsiz. Bəlkə də siz cılız dediyiniz şəxsiyyətdən də cılızsız bunu bilmirik amma burda etika qaydalarına riayət etmək lazımdır. Kiminsə şəxsiyyətini alçaltmq özünüzün şəxsiyyətini alçaltmaq deməkdir. Qaldıki yazıçının şərhinə vaxtında və yerində deyilmiş fikirlərdir. Yası düşən öz ölüsünə hörmət etməlidir ki kənardakıda hörmət etsin. Allah böyükdür deyirsiz. Düzdü Allah böyükdür gec tez kimin kim olduğunu ortaya qoyur. Siz burda gəlib bir insanı qaldırıb o birini endirməyə haqqınız yoxdur. Siz heç bilmirsiz öləndə rəhmət qazanacaqsız yoxsa yox. Ona görə də susun. Biri xalqın aktyoru olduğu kimi o biridə yazıçısıdır. Şərh yazanda diqqətli olun!!!
Şərif Ağayarın söylədiklərində həqiqət var. Tahir öz müraciətində elə Hacıbala müəllimsayağı ifrata varır. Arqumentlə çıxış etməkdənsə jurnalistləri hədəf göstərir. Allah Cabir rəhmət eləsin, günahlarını bağışlasın...
Cabirin vatatından sora,Alkah rəhmət eləsin , naməlum "yazıçılar" peyda olub.Adları it kitabında da yoxdur.Nə oldu, problerin elə indiyə qalmışdı. Ay "yazıcı", Cabirin sağlığında niyə belə müraciyətlər olmayıb? Nəyi gözləyirdin? Ölümünü?
Yazıçı Şərif Ağayar çox düz deyib. Şərif Ağayarı tənqid edənlər hamısı elə Tahir İmanov kimi yaltaqlardır!
Ölənidə yerində dinc qoymurlare vallah ayb olsun. Neçə illərdir camaatın üzünü güldürən bu iki qardaşı vəhabi, tororist, yaltaq və s. Elədiz prosta ayıb olsun. Belə adamın arxasınca rəhmət oxumaq yerinə ölkənin yazıçıları görün nələrlə məşquldur. Hörmətli yazıçı o qədər yazmaqa həvəsiniz varsa yazıçılar birliyinə qəbul etdiyin Elza xanım Seyidcahan haqqında yazın dursun öldürsün ağzının içində və s. Kimi şeirlər yazır. İnanıram və şübhəm də yoxdur ki sizdə onun kimi eyni fikirdəsiz
Sizin "məqalə"nizi oxuduqdan sonra videonu izlədim və geri gəldim.Siz tərəflərdə təşəkkür etmək yaltaqlıq sayılır adını belə ilk dəfə eşitdiyim yazıçı bəy.Amma Tahir və Cabir İmanov qardaşlarını uzun illərdir tanıyırıq və sevə-sevə izləyirik.Yazı yazmaqla yazıçı olmağı ayırd edin sonra yazıçı olub olmamağınıza qərar verin!
Yaltaqlığ bilmirəm hamı meyitinnəbu bəkir məçidindən çıxdığnı görüb başladılar vahabidilər.Vahabi nədi bilməyənlər dediyilərmi anlamayanla bu yazıçıda olardan biri tənqidlə şərəfsizliyi eyni tutmayın!elə baltasız gedin milləti minib çapanları tapın