Ru
19:31 / 20 Dekabr 2021

Ronaldu formasını hərraca çıxardı

Ronaldu formasını hərraca çıxardı
Eye

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu formasını hərraca çıxarıb.

Bakupost.az xəbər verir ki, 36 yaşlı hücumçu Kanar arxipelaqına məxsus Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində zərər çəkənlərə maliyyə yardımı toplamaq üçün bu addımı atıb.

Təcrübəli forvard köynəyin üzərində "Hətta vulkanın gücü də Palma ilə müqayisə oluna bilməz. Gözəl adaya dəstəyim" yazıb.

Auksion dekabrın 24-də baş tutacaq. Bütün gəlirlər zərərçəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, Kumbre Vyexa vulkanının püskürməsi bu il sentyabrın 19-da başlayıb və bu günədək davam edir. Bu müddət ərzində 1 000-dən çox bina dağıdılıb, 6 000-dən çox insan təxliyə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar