Ru
23:41 / 18 Aprel 2022

Ronaldunun qızı oldu, yeni doğulan oğlu isə öldü

Ronaldunun qızı oldu, yeni doğulan oğlu isə öldü
Eye

Kriştianu Ronaldu yeni doğulan oğlunun tələf olduğunu bildirib.


Hələ oktyabr ayında “Mançester Yunayted”in hücumçusu Corcina Rodrigezlə əkiz uşaq gözlədiklərini açıqlamışdı.

Sonradan məlum olub ki, əkizlərdən biri oğlan, digər isə qız olacaq.

“Çox kədərlə balaca övladımızın vəfat etdiyini bildiririk. Yalnız körpə qızımızın dünyaya gəlməsi bizə bu anı bir az da ümid və sevinclə yaşamaq üçün güc verir”, - futbolçu “Instagram”da yazıb.

O, həkimlərə və tibb bacılarına kömək və dəstəyə görə təşəkkür edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar