Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə mühafizə idarəsinin rəisi Rövşən Qurbanov həbs edilib.
Bakupost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, rüşvət almaqda ittiham olunur.
Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, Rövşən Qurbanov aprelin 30-da “Lemana PRO” ticarət mərkəzindən 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib.