Ru
17:55 / 02 Sentyabr 2024

Rumıniya Ukraynaya “Patriot”lar verəcək

Rumıniya Ukraynaya “Patriot”lar verəcək
Eye

Rumıniya hökuməti “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Bakupost.az Rumıniya KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Mixay Konstantin Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə bildirib.

"Hökumət yerüstü hava hücumundan müdafiə haqqında 222/2017-ci Qanunu tamamlayan qanun layihəsini təsdiqləyib və təcili olaraq parlamentə göndərəcək. Konkret olaraq layihədə “Patriot” yer-hava raket sisteminin üçüncü tərəfə verilməsi nəzərdə tutulur", - deyib.

Qanun parlament tərəfindən qəbul edildikdən sonra hökumət bu köçürmənin baş tutması üçün qərar çıxara biləcək. Hökumətə həmçinin Milli Müdafiə Nazirliyinin büdcəsi hesabına ölkənin "Yer-Hava" qabiliyyətini bərpa etmək səlahiyyətinə malikdir.

Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar