Ru
22:16 / 22 Avqust 2025

Rusiyadan Azərbaycan və daha üç ölkəyə təklif...

Rusiyadan Azərbaycan və daha üç ölkəyə təklif...
Eye

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) informasiya işinə məsul olan diplomatik qurumlarının departament rəhbərlərinin görüşünün təşkilini təklif edib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, o, bunu Həştərxan şəhərində keçirilən Xəzər Media Forumunun iştirakçılarına videomüraciətində bildirib.

“İnanıram ki, biz xarici siyasət qurumlarının informasiya işinə cavabdeh olan departament rəhbərlərinin Xəzər formatında görüşü barədə də düşünə bilərik. Düşünürəm ki, bir çox həmkarlarımız qarşımızda duran vəzifələrin ümumiliyini nəzərə alaraq bizi dəstəkləyəcəklər”, - Zaxarova deyib.

Diplomat qeyd edib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirliklərinin nümayəndələrinin görüşü irəliləmək üçün əsas kimi keçmişdə mövcud olan müsbət qarşılıqlı fəaliyyət təcrübəsinə həsr oluna bilər:

“Zənnimcə, heç kim mübahisə etməyəcək ki, Xəzər regionunun həqiqətən də böyük gələcəyi var”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar