Ru
10:55 / 12 May 2025

Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır ŞƏRTLƏR - VİDEO

Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır ŞƏRTLƏR - VİDEO
Eye

“Statistikaya əsasən, azərbaycanlıların turist kimi ən çox üz tutduğu ölkələr arasında Rusiya 2-ci yerdədir. Bu ilin ilk 3 ayı ərzində Rusiyaya gedən azərbaycanlıların sayı 171 min 961 nəfər olub.

Onların sırasına işləmək üçün gedənləri də əlavə etsək, bu rəqəm artır”.

Bakupost.az xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, gələn ayın sonundan isə bu ölkəyə getmək o qədər də asan olmayacaq:

“Rusiyaya səfər etmək istəyənlər xüsusi QR kod almalıdırlar. Və bunu səfərdən 72 saat əvvəl etməlidirlər. QR kod almağın çətinliyi bir kənara, o kod hələ giriş icazənin olduğu mənasına da gəlmir. Rusiya sərhədçisinin xoşuna gəlməsəniz, ən yaxşı halda sərhəddən geri qaytarılacaqsız. Ən pis halı isə demirəm. Bu qaydalar Rusiyaya vizasız gələn bütün xarici ölkə vətəndaşlarına aiddir. Lakin azərbaycanlıların Rusiyaya iş arxasınca getdiyini nəzərə alsaq, yeni qaydalar ən çox soydaşlarımıza mənfi təsir edə bilərmi? Ekspertlər hesab edir ki, bu qərar Rusiyanın özünə də ciddi zyan vura bilər.”


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar