Ru
10:56 / 09 Mart 2024

Özünü güllələyən iş adamı öldü - 1 milyona yaxın borcu varmış - YENİLƏNDİ

54647

09.02

Saatlıda güllələnmə hadisəsi baş verib.


Bakupost.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan bir nəfər güllə yarası ilə Saatlı rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, özünü Saartlı rayonunun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar